Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya gec də olsa, səhvini başa düşdü

Rusiya gec də olsa, səhvini başa düşdü


"Rusiyanın Azərbaycanın aviaşirkəti olan AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasına görə təzminat ödəyəcəyi xəbəri Bakı ilə Moskva arasında uzun müddətdir mövcud olan sərin münasibətlərə bir qədər son qoymuş olacaq. Hesab edirəm ki, Rusiya zamanında belə bir qərar versə və rəsmi Bakının heysiyyatı ilə oynamasaydı, münasibətlər indiki səviyyəyə gəlib çıxmazdı. Hər halda indiki məqamda da Rusiyanın bu addımı təqdirolunmalıdır".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Rusiyanın təzminat qərarı həm də Moskvanın gec də olsa öz səhvini başa düşməsi anlamına gəlir:

"Digər tərəfdən Moskvanın indiyə qədər nümayiş etdirdiyi mövqe nə qonşuluq münasibətləri, nə də Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik sazişinin ruhuna, prinsipinə uyğun idi. Lakin regionda cərəyan edən proseslər, Azərbaycanın Cənubi Qafqazda yeri və rolunun hər ötən gün daha da artması, ölkəmizin regional aktordan qlobal aktora, oyunçuya çevrilməsi Rusiyanı öz ərköyünlüyündən əl çəkmək məcburiyyətində qoydu. Azərbaycanı itirmək Rusiya üçün Cənubi Qafqazı itirmək olardı".

Arzuman Muradlı deyib ki, Rusiyanın təzminatla bağlı qərarına rəsmi Bakının İran ətrafında baş verən proseslər zamanı ənənəvi humanitar, xeyirxah addımları da rol oynayıb:

"Hərbi əməliyyatlar zamanı İrandan rusların Azərbaycan vasitəsilə çıxarılması, eyni zamanda şimal qonşumuzun İrana göndərdiyi humanitar yardımın Azərbaycandan maneəsiz keçməklə cənub qonşumuza çatdırılması, eləcə də digər bu kimi məsələlər də Rusiyanın Azərbaycana qarşı münasibətinin müsbət istiqamətə doğru dəyişməsinə təsir göstərən amillərdəndir".

Süleyman
Xəbəri paylaş