
Rusiya Federasiyasında azərbaycanlılara məxsus daha bir təşkilat ləğv edilib.
Bu barədə məlumatı Newscenter.az-a Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar Vilayətində-Yuqrada fəaliyyət göstərən Azərbaycan Xalqları Assambleyasının sədri Vadim Əbdürrəhmanov verib. Bildirib ki, ləvğ edilən təşkilat 1 il əvvəl qeydiyyatdan keçmiş Xanti-Mansiyski Muxtar dairəsinin "Azərbaycan-Surqut" regional milli-mədəni ictimai təşkilatıdır:
"Əslində bu bir biznes layihəsi idi və diaspora, Surqutda yaşayan azərbaycanlılara, onların müdafiəsi, problemlərinin həllinə heç bir faydası yox idi. Təşkilatın hüquqi ünvanı, İnjenernaya küçəsi, 10, "Askania Bazar" sayılırdı. Həmin ərazi bazardır. 7 nəfərdən ibarət bazar adamı yığılıb diaspor təşkilatı adı altında bir qurum yaratmışdılar. Onların diaspora heç bir faydası dəymirdi".
Qeyd edək ki, bundan əvvəl isə Vadim Əbdürrəhmanovun tələbi ilə dələduzluqda ittiham olunan Azad Səidov və onun müavini Amil Abbasovun sədrlik etdiyi Surqut Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı "Birlik" ictimai təşkilatı adlı qurum ləğv edilib.
Süleyman












































