
Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən məktəb hücumlarından sonra aparılan araşdırmalar çərçivəsində 940 sosial media hesabına girişin bloklanıb.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Cinayətkarlığı və cinayətkarları təbliğ edən və ictimai asayişə mənfi təsir göstərən fəaliyyətlərlə məşğul olduqları müəyyən edilmiş şəxslər barədə həbs qərarı verildi və onlara qarşı məhkəmə prosesi başladıldı",-deyə açıqlamada bildirilir.
Şübhəlilərlə bağlı hüquqi proseslərin davam etdirildiyi vurğulanıb.
Mehman











































