
Pentaqon rəsmiləri İrana qarşı müharibədə ABŞ-a kömək etmək istəmədiklərinə görə NATO müttəfiqlərini cəzalandırmaq variantlarını müzakirə edirlər.
Newscenter.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, təklif olunan variantlar arasında İspaniyanın NATO üzvlüyünün dayandırılması və Vaşinqtonun Folklend adaları (Malvinas adaları) ilə bağlı mövqeyinə yenidən baxılması var.
Bu fikirlər yüksək rütbəli rəsmilər arasında yayılmış bir memorandumda öz əksini tapıb. Agentlik onun müəllifini göstərmir. Memorandumda bəzi NATO müttəfiqlərinin İran kampaniyasının bir hissəsi olaraq döyüş tapşırıqları yerinə yetirərkən Amerika Hərbi Hava Qüvvələrinin öz ərazilərindəki bazalardan istifadəsinə mane olmasından məyusluq ifadə olunur.
Memorandumda ABŞ-ın İspaniyanın üzvlüyünün dayandırılmasına necə nail olacağı göstərilmir.
Qeyd olunan digər bir tədbir ABŞ-ın Avropa ölkələrinin "imperiya iddiaları"na diplomatik dəstəyinin nəzərdən keçirilməsidir. Xüsusilə, Vaşinqton Folklend adalarının (Malvin adaları) statusu ilə bağlı mövqeyini yenidən nəzərdən keçirə bilər. Agentlik yazır ki, ABŞ hazırda ərazinin Birləşmiş Krallıq tərəfindən idarə olunduğunu qəbul edir, lakin Donald Trampa ideoloji cəhətdən yaxın olan prezident Xavyer Maylinin rəhbərlik etdiyi Argentina ona iddia edir.
Anar












































