Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ayda yeni mineral kəşf edilib

Ayda yeni mineral kəşf edilib


Çinli alimlər Aydan toplanan nümunələrdə əvvəllər məlum olmayan iki mineral aşkar ediblər.

Newscenter.az xəbər verir ki, bu barədə Global Times qəzeti məlumat verib. Qəzetin məlumatına görə, mineralların kəşfi Siçuan əyalətinin Çenqu şəhərində keçirilən 11-ci Çin Kosmik Gününün açılış mərasimində elan edilib.

Çanqe-5 roveri tərəfindən toplanan qaya və torpaq nümunələrində tapılan fosfat minerallarına "maqneziochangisite-(Y)" və "changisite-(Ce)" adı verilib.

Nadir torpaq fosfat kateqoriyasına aid olan bu minerallar Beynəlxalq Mineralogiya Birliyinin Yeni Minerallar, Terminlər və Təsnifat Komissiyası tərəfindən təsnif edilərək təsdiq olunub

Bu iki mineral Çinin Aydan toplanan qaya və torpaq nümunələrində aşkar etdiyi ikinci və üçüncü minerallardır. Çinli alimlər əvvəllər 2022-ci ilin sentyabr ayında Ay nümunələrində "changisite-(Y)" adlandırdıqları bir fosfat mineralının kəşf edildiyini bildirmişdilər.

Anar
Xəbəri paylaş