Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq səviyyədə tanınmış ərazilərimizdən kənarda vətən axtarışını dayandırmalıyıq

Beynəlxalq səviyyədə tanınmış ərazilərimizdən kənarda vətən axtarışını dayandırmalıyıq


Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma Erməni Soyqırımının 111-ci ildönümü ilə bağlı xalqa müraciətində məlum hadisələri erməni xalqının beynəlxalq intriqalardakı iştirakının nəticəsi kimi dəyərləndirib.

Newscenter.az
TASS-a istinadən bildirir ki, Paşinyan hər il aprelin 24-də on minlərlə vətəndaşın bu hadisələri andığını deyib. Paşinyan hesab edir ki, dövlətçilik və sülh bu cür hadisələrin təkrarlanmamasının qarantıdır.

“Bu tarixi məqsədə çatmaq üçün beynəlxalq səviyyədə tanınmış ərazidən kənarda vətən axtarışını dayandırmalıyıq"-, deyə erməni baş nazir bildirib.

Qeyd edək ki, Paşinyan 2024-cü ildə xalqa müraciətində ilk dəfə olaraq 1915-ci il hadisələrini geosiyasi intriqanın nəticəsi kimi təsvir etdi.

Anar
Xəbəri paylaş