
.19-cu Pekin Beynəlxalq Avtomobil Sərgisi (Auto China 2026) rekord səviyyəli iştirakçı ilə açılır.
Newscenter.az TASS-a istinadən bildirir ki, tədbirin stendlərində 1451 avtomobil nümayiş etdirilir. Bunlardan 181-i ilk dəfə nümayiş olunur.
Təşkilat komitəsinin açıqlamasında deyilir ki, 2026-cı il Pekin Avtomobil Sərgisində 181 debüt model və 71 prototip olmaqla, ümumilikdə 1451 avtomobil nümayiş olunacaq.
Tədbir iki məkanda keçirilir və ümumi sərgi sahəsi rekord həddə - 380.000 kvadrat metrə çatır. 17 pavilyondan 13-ü avtomobil nümayişlərinə həsr olunub, qalan zallar isə komponent və texnologiya istehsalçıları tərəfindən tutulub.
21 ölkə və regiondan şirkətlər avtomobil sərgisində öz məhsullarını təqdim edirlər. Sərgidə ənənəvi qlobal avtomobil istehsalçıları, aparıcı Çin istehsalçıları və ağıllı sürücülük sistemləri inkişaf etdirən texnologiya nəhəngləri iştirak edir.
Sərgi 28 apreldə geniş ictimaiyyət üçün açılacaq və 3 maya qədər davam edəcək.
Anar











































