
Bu gün səhər Günəşdə 2,5 bal gücündə Günəş partlayışı qeydə alınıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu (ISTP SB RAS) məlumat verib.
Bildirilib ki, Moskva vaxtı ilə saat 4:07-də X2.5 bal gücündə Günəş alovlanması baş verib. Bu hadisə son 2,5 ayda ən güclüsüdür. Hələlik aktivliyin azalması əlamətləri müşahidə olunmur.
Anar












































