Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qobustanda qazıntı işləri zamanı torpaq çöküb, ölən və yaralı var-VIDEO

Qobustanda qazıntı işləri zamanı torpaq çöküb, ölən və yaralı var-VIDEO


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Newscenter.az-a verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qazıntı işləri aparılan zaman torpaq qatının çökdüyü və 2 nəfər vətəndaşın torpaq qatının altında qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində bir nəfər (kişi cinsli) xilas edilib, bir nəfərin (kişi cinsli) meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Anar
Xəbəri paylaş