Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Avropaya qaz tədarükünü 20% azaldıb

Rusiya Avropaya qaz tədarükünü 20% azaldıb


Rusiya ötən istilik mövsümündə Avropa İttifaqı ölkələrinə (Aİ) boru kəməri ilə qaz tədarükünü 20% və ya 2,5 milyard kubmetr azaldıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) qaz bazarına dair hesabatında qeyd edilir.

Hesabata görə, azalma ən çox 2025-ci ilin dördüncü rübündə müşahidə olunub ki, bu da Ukrayna ərazisindən qaz tranzitinin dayandırılmasının təsirini əks etdirir. Oktyabr-fevral aylarında Türkiyəyə ixrac ötən ilin eyni dövrlə müqayisədə 30% və ya 3,7 milyard kubmetr azalıb.

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, bu dövrdə Avropanın qaz tələbatında Rusiya boru kəməri qazının payı bir il əvvəl 8,5% idisə, indi bu rəqəm 7% təşkil edir.

Anar
Xəbəri paylaş