
Rusların 74%-i Prezident Vladimir Putinə etibar edir və respondentlərin 76%-i onun yaxşı iş gördüyünə inanır.
Newscenter az TASS-a istinadən bildirir ki, bu, İctimai Rəy Fondunun 1500 rusiyalı arasında keçirdiyi sorğuda əksini tapıb.
Sorğunun nəticələrində qeyd olunur ki, əhalinin əksəriyyəti (76%) Putinin dövlət başçısı kimi yaxşı iş gördüyünə əmindir.
Sorğuda iştirak edənlərin 46 faizi hökumətin fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin əlli dörd faizi Baş nazir Mixail Mişustinin yaxşı iş gördüyünü bildirib.
"Vahid Rusiya"ya dəstək səviyyəsi 39%, Rusiya Federasiyası Kommunist Partiyasına 8%, Rusiya Liberal Demokrat Partiyasına 10%, "Yeni İnsanlar"a 6% və "Ədalətli Rusiya"ya 4% təşkil edib.
Mehman











































