Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük Qayıdış uğurla həyata keçirilir

Böyük Qayıdış uğurla həyata keçirilir


"Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri yeni infrastruktur layihələrinin həyata keçirilməsi, istehsal və emal müəssisələri, yaşayış komplekslərinin açılışı, istifadəyə verilməsi ilə yadda qalır. Qurban bayramı və Müstəqilik Günündə dövlət başçısının Şuşa və Xənkəndinə səfəri də məhz bu kimi əlamətdar hadisələrlə yadda qaldı".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, tariximizin ağrılı-acılı səhifəsi olan Xocalı, eləcə də xocalılar artıq keçmişi geridə buraxaraq gələcəyə ümidlə baxır, bu doğma yurda həyat yenidən canlanır:

"Səfər çərçivəsində dövlət başçısının Xocalıda "Qarabağ Tekstil Evi" MMC-nin açılış mərasimində iştirak etməsi, Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulmuş fərdi evlərdə yaradılmış şəraitlə tanış olması, eləcə də Xankəndidə istehsal müəssisəsi və Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak etməsi Qarabağ və Şərqi Zəngəzurun sürətlə yenidən qurulduğu, bu bölgənin təkcə Azərbaycanın deyil, eyni zamanda regionun və dünyanın diqqət mərkəzinə çevrildiyini deməyə əsas verir. Çünki Azərbaycan qısa müddətdə öz daxili imkanları hesabına işğaldan azad edilmiş ərazilərdə bir sıra inkişaf etmiş ölkələrin edə bilmədiklərini reallaşdırır, Qarabağ və Şərqi Zəngəzura yeni həyat gətirir. Təbii ki, bütün bunlar da öz növbəsində dünyanın diqqətini Qarabağ və Şərqi Zəngəzura yönəldir. Müxtəlif ölkələrin iş adamları orada yaradılmış əlverişli investisiya mühitindən yararlanaraq Qarabağ və Şərqi Zəngəzurda müxtəlif sahələrə investisiya yatırmağa maraq göstərirlər".

Arzuman Muradlı deyib ki, həyata keçirilən məqsədyönlü tədbirlər, görülən işlər, reallaşdırılan müxtəlif təyinatlı infrastruktur layihələri Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışı sürətləndirir, vətəndaşlarımız böyük həvəs və istəklə öz doğma yurdlarına qayıtmağa can atırlar:

"Göründüyü kimi Böyük Qayıdış uğurla həyata keçirilir və azad edilmiş ərazilərdə həyat canlanır".

Süleyman
Xəbəri paylaş