Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mediasiya Şurasının üzvləri Çində beynəlxalq seminarda iştirak edirlər

Mediasiya Şurasının üzvləri Çində beynəlxalq seminarda iştirak edirlər


Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında insan resurslarının inkişafı sahəsində əməkdaşlıq çərçivəsində Çində təşkil edilən 2–3 həftəlik beynəlxalq seminarlarda Azərbaycan Respublikasının Mediasiya Şurasının da təmsilçiliyi nəzərdə tutulub. May ayından başlayan təlimlərdə Mediasiya Şurasının nümayəndəsi Leyla Şahbazova, mediatorlar Günay Cəfərova və Sevinc Ağayeva Pekin şəhərində keçirilən təlimlərdə iştirak edir.

Newscenter.az Mediasiya Şurasına istinadən bildirir ki, seminarların ilk mərhələsində Mediasiya Şurasının 15 nümayəndəsi müxtəlif qrafik üzrə fərqli şəhərlərdə təlimlərə qatılacaq. Bu seminarların keçirilməsində əsas məqsəd ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığı və qarşılıqlı fəaliyyəti daha da gücləndirməkdir.

Qeyd olunan seminarlarda Mediasiya Şurası nümayəndələrinin, o cümlədən mediatorların iştirakı müvafiq mövzular üzrə müxtəlif formalı mübahisələrin mediasiya vasitəsilə həllində mediatorlar barədə dolğun təsəvvür formalaşdıracaq.
Belə ki, nümayəndələrimizin bu seminarlarda iştirakı onların sahəvi biliklərini inkişaf etdirəcək, beynəlxalq səviyyədə təcrübə qazanmasına və gələcək praktikaların formalaşmasına mühüm töhfə verəcəkdir.

Süleyman
Xəbəri paylaş