Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml təkcə Ermənistana qarşı deyil, bütün postsovet ölkələrinə münasibətdə eyni yanaşmadan çıxış edir

Kreml təkcə Ermənistana qarşı deyil, bütün postsovet ölkələrinə münasibətdə eyni yanaşmadan çıxış edir


"Rusiyanın Ermənistanın meyvə-tərəvəz məhsullarına məhdudiyyət tətbiq etməsinin və Putinin Qazaxıstanda keçirilən Avrasiya İttifaqının sammitində Ermənistanı birbaşa təhdid etməsinin ardınca, Kremlin İrəvandakı Rusiya səfirini geri çağırması bu ölkənin gerçək, məkrli simasını göstərir".

Newscenter az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Kreml təkcə Ermənistana qarşı deyil, bütün postsovet ölkələrinə münasibətdə eyni yanaşmadan çıxış edir:

"Putin Rusiyasının öz qonşularına təhdiddən, təzyiqdən, şantajdan və cürbəcür hibrid təxribatlardan başqa verə biləcəyi heç bir şey yoxdur. Çünki Rusiya mahiyyətcə barbar ölkədir. Tarixən də həmişə belə olub".

Süleyman

Xəbəri paylaş