Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ və Şərqi Zəngəzurda görülən işlər uğurla davam edir

Qarabağ və Şərqi Zəngəzurda görülən işlər uğurla davam edir


"Cənab Prezident İlham Əliyevin müqəddəs Qurban bayramı ərəfəsində və Müstəqillik Günündə Şuşa və Xankəndidə bir sıra istehsal müəssisələri, infrastruktur obyektlərinin açılışında iştirak etməsi həm Qarabağ və Şərqi Zəngəzurda quruculuq və abadlıq işlərinin uğurla davam etməsinin, həm də həmin işlərinin birbaşa dövlət başçısının nəzarəti altında olmasının bariz nümunəsidir. Bu səfər eyni zamanda ondan xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər, orada yaradılan yeni şərait, buna paralel olaraq həyata keçirilən Böyük Qayıdış prosesi uğurla davam edir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, indi Qarabağ və Şərqi Zəngəzur başdan-başa tikinti meydanına çevrilib, burada həyat yenidən başlayır:

"30 il ərzində bu əraziləri işğalda saxlayanlardan fərqli olaraq Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur, onun dünyanın diqqət mərkəzinə çevirir. Cənab Prezidentin Şuşa və Xankəndinə səfəri zamanı adıçəkilən şəhərlərdə təkcə yaşayış massivləri deyil, eləcə də istehsal müəssisələrinin açılışında iştirak etməsi həm də onu deməyə əsas verir ki, dövlətin, dövlət başçısının əsas prioriteti təkcə məcburi köçkünləri öz doğma torpaqlarına qaytarmaq deyil, eyni zamanda Böyük Qayıdış proqramı çərçivəsində öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın məşğulluğunu təmin etmək, onların sosial rifah halını yüksəltməkdir. Xocalıda "Qarabağ Tekstil Evi" MMC-nin, Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışı bunun əyani sübutudur. Hər iki müəssisədə ümumilikdə ilkin mərhələdə 100-dən artıq işçinin çalışması nəzərdə tutulur ki, bu da orada yaşayan vətəndaşlarımızın məşğulluğunun artırılması, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımdır".

Nəsib Məhəməliyev onu da deyib ki, Qarabağ və Şərqi Zəngəzurda yaradılan əlverişli investisiya mühiti xarici investorların da diqqətini cəlb edir və onlar da buraya investisiya yatırmağa maraqlı görünürlər:

"Bu da öz növbəsində dünyanın diqqət mərkəzini Qarabağ və Şərqi Zəngəzura, orada həyata keçirilən infrastruktur layihələrinə yönəltmiş olur".

Süleyman
Xəbəri paylaş