
"Azərbaycanın Mərkəzi Asiya respublikaları llə münasibətlərində yeni dövr başlayıb. Dövlət başçısının ardıcıl olaraq region ölkələrinə səfərlıəri və ayrı-ayrı respublikalarla müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması Bakını Mərkəzi Asiyaya daha da yaxınlaşdırır".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı Azərbaycan Prezidentinin Qırğızıstana səfərini şərh edərkən deyib. Bir müddət əvvəl dövlət başçısının sözügedən ölkəyə dövlət səfərinə getdiyini xatırladan Arzuman Muradlı qeyd edib ki, həmin səfər zamanı imzalanan sənədlər Bakı ilə Bişkek arasında münasibətlərdə yeni bir mərhələnin əsasını qoydu:
"İki ölkə arasında münasibətlər artıq həm müttəfiqlik, strateji tərəfdaşlıq səviyyəsinə çatıb, həm də gələcək əlaqələr üçün yeni imkanlar yaradıb. Bu gün Azərbaycan və Qırğızıstan əlaqələri artıq ikitərəfli formatı aşaraq regional əməkdaşlıq səviyyəsinə çatıb".
Politoloq deyib ki, Bakı və Bişkek bütün regional və beynəlxalq platformalarda bir-birini dəstəkləyir, prinsipial məsələlərdə eyni mövqedən çıxış edir:
"Qarabağın bərpasında Qırğızıstanın da dəstək verməsi bunun əyani sübutudur".
Arzuman Muradlı əmin olduğunu bildirib ki, Azərbaycan Prezidentinin Qırğızıstana bu dəfəki səfəri də hər iki ölkə üçün faydalı olacaq və qarşılıqlı münasibətlərdə yeni bir mərhələ başlayacaq.
Süleyman










































