Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev Sadır Japarovu Qırğızıstanın müstəqillik günü münasibətilə təbrik edib

İlham Əliyev Sadır Japarovu Qırğızıstanın müstəqillik günü münasibətilə təbrik edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qırğızıstanlı həmkarı Sadir Japarovu Qırğızıstanın müstəqillik günü münasibətilə təbrik edib.

Newscenter-az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

"Bu gün Sizin rəhbərliyinizlə Qırğızıstan dövlətçiliyin möhkəmləndirilməsində, sosial-iqtisadi inkişafda və genişmiqyaslı quruculuq işlərində əhəmiyyətli uğurlar əldə edib və beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Ənənəvi dostluq və qardaşlıq telləri ilə bağlı olan Azərbaycan və Qırğızıstan arasındakı münasibətlərin ildən-ilə inkişaf etməsi, yeni məzmun qazanması və müttəfiqlik münasibətləri səviyyəsinə çatması sevindirici haldır. Qonaqpərvər ölkənizə bu yaxınlarda dövlət səfərim ölkələrimizin sıx tərəfdaşlıq münasibətləri inkişaf etdirmək əzmini nümayiş etdirdi və geniş əməkdaşlıq gündəliyini göstərdi, Azərbaycan-Qırğızıstan münasibətləri tarixində yeni bir mərhələnin təməlini qoydu".

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, birgə səylər sayəsində Azərbaycan və Qırğızıstan arasındakı müttəfiqlik münasibətləri və əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq yüksələn istiqamətdə inkişaf edəcək və möhkəmlənəcək.

Süleyman
Xəbəri paylaş