
FİFA prezidenti Canni İnfantino qaydaları pozduğu üçün istefa verməlidir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri UEFA-nın keçmiş prezidenti Mişel Platini bildirib.
Platini deyib: "Düşünürəm ki, İnfantino uğursuz oldu, çünki o, oyun qaydalarına hörmət etmədi. Dünya Kubokunda kommersiya fasilələri və finalda daha uzun fasilələr qaydalara daxil deyil və ABŞ milli komandasının oyunçusu Folarin Balogunun qırmızı vərəqəsinin ləğvi baş verən ən pis hadisədir. O, qaydalara hörmət etmir, ona görə də getməlidir"
Qeyd edək ki, 56 yaşlı İnfantino 2016-cı ilin fevral ayında FİFA prezidenti seçilib. O vaxtdan bəri o, iki dəfə rəqibsiz yenidən seçilib. Növbəti FİFA prezident seçkilərinin 2027-ci ilin mart ayında Mərakeşdə keçirilməsi planlaşdırılır.
İnfantino əvvəllər Dünya Kubokuna ev sahibliyi hüquqlarının bir hissəsini özəl investorlara satmaq istəyinə görə UEFA-nın dəstəyini itirmişdi.
Natiq










































