
Türkiyədə kütləvi zəhərlənmə hadisəsi olub.
Newscenter.az trhaber-ə istinadən bildirir ki, hadisə Bursa şəhərində qeydə alınıb. Belə ki, Bursa şəhərinin Orhaneli rayonunda toy yeməyindən sonra iştirakçıların səhhətində ciddi problem yaranıb.
Məlumata görə, Karıncalı məhəlləsindəki toyda verilən toyuq plovu yeyən bəzi qonaqlar bir müddət sonra xəstələniblər. Ürəkbulanma və qusma şikayəti ilə 100-dən çox insan müalicə üçün xəstəxanalara yerləşdirilib.
Yerli Səhiyyə İdarəsi sosial media hesabında bildirib:
"Orhaneli rayonunda keçirilən toplantıda təxminən 500 vətəndaşa verilən yeməkdən 100-dən çox vətəndaşımız təsirlənib. Yüngül simptomları olan bəzi vətəndaşlarımız xəstəxanaya yerləşdirilib və hazırda hadisə nəticəsində ağır vəziyyətdə olan vətəndaş yoxdur. Hadisə İdarəmiz tərəfindən yaxından izlənilir".
Anar










































