Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Planet sürətlə ölçüsünü itirir

Planet sürətlə ölçüsünü itirir


Merkuri planetininsəthi nəhəng qırışlar və silsilələr ilə örtülüb. Bu da planetin soyuduqca kiçildiyinin birbaşa sübutudur. Yeni məlumatlar göstərir ki, bu proses əvvəllər düşünüləndən daha intensiv gedib.

Newscenter.az pravda.ru-ya istinadən bildirir ki, Almaniya Aerokosmik Mərkəzinin (DLR) Kosmik Tədqiqatlar İnstitutunun tədqiqatçıları belə qənaətə gəliblər. Onlar Merkurinin həcminin əvvəllər hesablandığından 10-30% daha çox kiçildiyini aşkar ediblər. Mütləq ifadədə bu, planetin diametrinin ömrü boyu təxminən 7,5-23 km kiçildiyi deməkdir. Əvvəlki hesablamalar isə 4 ilə 16 km arasında dəyişirdi.

2026-cı ilin noyabr ayına qədər Merkuriyə çatması planlaşdırılan BepiColombo zondu, onun geoloji tarixini daha yaxşı anlamağa kömək edəcək.

Süleyman
Xəbəri paylaş