
Tayvanın quru qüvvələri Tayvanın ən son Land Sword II yer-hava raket sistemlərini sınaqdan keçirmək üçün ixtisaslaşmış infrastrukturun qurulmasını Milli Çili Elm və Texnologiya Kollecinə (NCSIST) həvalə etməyi planlaşdırır.
Newscenter.az xəbər verir ki, bu barədə "Taipei Times" yazıb. Qəzetin məlumatına görə, əvvəllər adanın dəniz infrastrukturu və gəmiləri bu cür raketlərin sınaqdan keçirilməsi üçün istifadə olunurdu:
"Lakin indi quru qüvvələrinin hava hücumundan müdafiə raket sistemləri üçün öz sınaq sisteminin yaradılması qərarı verilib. Layihənin büdcəsi 295 milyon Tayvan dollarını (təxminən 9,27 milyon dollar) ötür".
Qəzet mənbədən sitat gətirir ki, bu addım hava hücumundan müdafiə sistemlərinin logistikasında tam müstəqilliyə keçidi göstərir. Yeni struktur raketin trayektoriyasının orta uçuş mərhələsində radar siqnallarının və istiqamətləndirmə əmrlərinin simulyasiyasına, eləcə də bütün raket sistemlərinin hərtərəfli diaqnostikasına imkan verəcək.
"Land Sword II" hava hücumundan müdafiə raket sistemi "Sky Sword II" sisteminin təkamülüdür və konteyner əsaslı buraxılış qurğusundan istifadə edir. Onun mənzili 2 ilə 15 km arasındadır və raketlər nəqliyyat vasitəsindən uzaqdan buraxıla bilər.
Anar










































