Daha bir dövlət qurumunda əməliyyat keçirilib, saxlanılanlar var
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində əməliyyat keçirilib. "Report"un əldə etdiyi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.....
Tarixin ən qorxunc təriqətlərindən biri
Günümüzdəki sufi təriqətlərinin, camaat adlanan toplumların şeyxlərinin böyük əksəriyyətinin birbaşa, yerdə qalanın da dolayı yollarla Qərb, ABŞ və İsrail xüsusi xidmət orqanlarına xidmət etməsi haqda mülahizələr, rəylər, bir sıra da faktlar var. Buna dair təkzibolunmaz faktlardan biri Fətullah....
Aprel döyüşləri Ermənistanın işğalçılıq siyasətinin iflasa uğradığını göstərdi
Bu günlərdə 2016-cı ilin aprel ayında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən “Aprel döyüşlərinin” ildönümüdür. Bu dövr həm də xalqımızın yaddaşına qanlı bir tarix kimi həkk olunmuşdur. Aprel döyüşlərində, xüsusilə həm ordunun yüksək rütbəli zabitləri, həm də müxtəlif döyüş mövqelərində xidmət....
Gömrük Komitəsində kütləvi narazılıq: Gecə saatlarına qədər işləyən əməkdaşlar...
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları arasında növbəti narazılıq yaranıb. Newscenter.az Mia.az-a istinadən xəbər verir ki, Bakı Baş Gömrük İdarəsinin, Abşeron, Xocasən, İpək-Yolu və digər gömrük postlarının əməkdaşları iş vaxtından əlavə xidmətə çağrılmalarından, istirahətin verilməməsi və....
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 2-də başa çatıb. Newscenter.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi....
Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertdə iştirak ediblər
Aprelin 2-də Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan və alman bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təşkil olunub. Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Almaniya Federativ Respublikasının Prezidenti....
"Körpü Bina Tikinti"nin layihəsində FACİƏ: İşçi yük maşınının altında qalıb
Muğanlı-İsmayıllı-Qəbələ magistral avtomobil yolunun tikintisi zamanı ölüm hadisəsi baş verib. Newscenter.az Musavat.com-a istinadən xəbər verir ki, layihə məşhur "Körpü Bina Tikinti" MMC tərəfindən icra edilir. Layihənin icrası zamanı yük maşının aşması nəticəsində podratçı şirkətin....
İlham Əliyev: Tam əminəm ki, bu səfər Azərbaycan-Almaniya əlaqələrinə yeni müsbət təkan verəcək
Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək. Newscenter.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında səsləndirib. Dövlət başçısı qeyd edib: “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii....
Mehriban Əliyevanın Almaniyanın birinci xanımı ilə görüşü olub
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Almaniya Federativ Respublikasının birinci xanımı Elke Büdenbender ilə aprelin 2-də görüşü olub. Bu barədə Newscenter.az xəbər verir. Sevinc Mehdiyeva....
İlham Əliyevin Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü başlayıb
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Bu barədə “Report”un tədbirdə olan əməkdaşı xəbər verib.....
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə təkbətək görüşü başlayıb. Newscenter.az xəbər verir ki, aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının....
Almaniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də Şəhidlər xiyabanını ziyarət ediblər. Newscenter.az xəbər verir ki, Frank-Valter Ştaynmayer Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman....
Azərbaycanla Şimali Kipr arasında media, təhsil və elm sahəsində əməkdaşlıq imkanları müzakirə ediləcək
Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında media sahəsində əlaqələr, bu ölkədə təhsil mühiti və elm sahəsində münasibətlər mövzusunda Bakıda müzakirələr aparılacaq. Bu barədə məlumat Newscenter.az-a Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətindən daxil olub. Bildirilib ki, müzakirələr....
Azərbaycan Ordusunun Aprel qələbəsindən 9 il ötür
Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Newscenter.az xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi döyüşlərin başlanmasından 9 il ötür. 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar.....
Sabiq deputatın tikinti şirkətinin qanunsuz əməlləri
Sabiq deputat Mahir Aslanova məxsus MTK-nın inşa etdiyi binanın damında söküntü işləri aparılır. Söhbət Bakı şəhəri, Mirzə Fətəli Axundov küçəsi 175-177 ünvanlarında yerləşən binadan gedir. Bina “Kəpəz” MTK tərəfindən inşa edilib. Newscenter.az "Müsavat"a istinadən xəbər verir ki, bu....
Bu şəxslərə xüsusi təqaüdlər veriləcək
Gənc istedadlara xüsusi təqaüdlər veriləcək. Newscenter.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədə əsasən, adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 98 min 794....
Valideynlərini itirmiş şəxslərə birdəfəlik müavinət ödəniləcək
Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatları dəyişib. Newscenter.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının....
İlham Əliyev İran Prezidentinin müşavirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayini qəbul edib. Newscenter.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Sevinc Mehdiyeva....
Mövqelərimiz atəşə tutulub
Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı....
Əlcəzair Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
Əlcəzair Prezidenti Abdelmacid Tebbun İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib. Newscenter.az xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri, Əziz Qardaşım. Müqəddəs Ramazan bayramı münasibətilə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və....













