Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük qayıdış planına uyğun olaraq Ağdam öz sakinlərini qarşılamağa hazırdır

Böyük qayıdış planına uyğun olaraq Ağdam öz sakinlərini qarşılamağa hazırdır


Bizim taleyimizdə böyük, şanlı tarixi görmək və qürurlu həyat yolu yaşamaq var imiş. Qarabağ zəfəri isə milli kimliyimizin şah əsəri olaraq, bu dövrü yaşayan insanlar üçün ən xoşbəxt anlardır.

Burada biz haqqın qalibiyyətini, sədaqətin və vəfanın mübarizəsini, ədalətin zəfərini yaşadıq. Bunu yaşamaq üçün çox böyük bir həyat yolu, siyasi yol, diplomatik yol keçdik. Bu yolda itkilərimiz oldu şəhidlər verdik, qazilər qazandıq. Böyük həmrəylik və birlik əldə etdik. Hər Qarabağ səfərində bu xoş duyğuları yaşamaq, Qarabağda aparılan bərpa və yenidənqurma işlərini görəndə bu duyğunu hiss etmək nə xoşdur!
Biz xoşbəxt xalq statusu qazanmışıq. Biz bu statusu torpaq həsrətini, torpaq nisgilini aradan qaldırmaqla, məhv edilmiş tarixi abidələrimizi bərpa etməklə, bizim üçün müqəddəs sayılan məscidlərə, tarixi şəxsiyyətlərin izinə və qəbrlərinə sahib çıxmaqla qazandıq. Bu, qalibiyyətdir, bu, zəfərdir, bu, siyasi qələbədir. Bu, həqiqətən böyük xoşbəxtlikdir.

Artıq Ağdamdan dünya ölkələrinə Azərbaycan brendi adı ilə məhsullar ixrac olunur. Artıq Ağdam öz sevimli sakinlərini qarşılamaq üçün qucaq açıb. Artıq Ağdam öz qürurunu mərdcəsinə geri alıb! Bax, bu xoşbəxtlikləri hiss etməmək, görməmək, yaşamamaq, anlamamaq biganəlik və cinayətdir. Biganəlik isə qeyri-insanlığın ən yüksək zirvəsidir.
Ağdam özü bir zirvədir, iqtisadi zirvə, siyasi zirvə, qürur zirvəsidir. Orada bərpa və yenidənqurma işləri müasir şəhərsalma prinsiplərinə və standartlarına uyğun olaraq möhtəşəm şəkildə həyata keçirilir. Böyük qayıdış planına uyğun olaraq Ağdam öz sakinlərini qarşılamağa hazırdır. Mövcud plana əsasən Ağdam 20,000 nəfər sakini qarşılayacaq.Yeni yol infrastrukturu əsas yolun eni 60 metrdir. Bütün bunlar, görülən işlər Azərbaycanın gələcək iqtisadi inkişafında, xalqımızın firavan yaşamasında öz mühüm töhfələrini verəcək. Qarabağ həqiqətən bizim üçün, dövlətimiz üçün böyük dividentlər gətirəcək iqtisadi zonaya çevrilib. Bu qısa müddət ərzində orada görülən işləri gördükdə ölkəmizin böyük siyasi və iqtisadi layihələrin təşkilində, beynəlxalq iqtisadi əlaqələr üçün ciddi yeni reallıqlar yaratdığını şahid oluruq.

Bu proseslərə biganə qalmaq dövlətə, dövlətçiliyimizə biganəlik və xəyanətdir. Bu xoş anları bizə yaşadan şəhidlərimizin xatirəsini böyük ehtiramla yad edirik, ruhları şad olsun. Qazilərimizə təşəkkür edirik. Onlara Allahdan şəfa diləyirik.Böyük siyasi düşüncələri, qətiyyəti və müdrikliyi ilə qələbə strategiyasını planlayan və həyata keçirən möhtərəm Ali Baş Komandanımıza xüsusi minnətdarlığımızı bildiririk.

O cümlədən, Siyasi həmrəylik kontekstində bu səfərləri təşkil edən Qanunvericilik və Siyasi Partiyalarla İş Şöbəsinin rəhbəri, cənab Prezidentin köməkçisi hörmətli Ədalət müəllimə, o cümlədən şöbənin bütün əməkdaşlarına xüsusi təşəkkürümü bildiririk.
Ağdam üzrə Prezidentin səlahiyyətli nümayəndəsi hörmətli Emin müəllimə qısa müddət ərzində verilən tapşırıqları mükəmməl icra etdiyi, qonaqpərvərliyi, intellekti və savadına görə təşəkkür edirik.

Ramil Hüseynov
Xəbəri paylaş