Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzur dəhlizinin qorunması üçün hansısa ölkənin və ya təşkilatın müdafiəsinə ehtiyac yoxdur

Zəngəzur dəhlizinin qorunması üçün hansısa ölkənin və ya təşkilatın müdafiəsinə ehtiyac yoxdur


Bütün güclərin geoiqtisadi maraqlarının geosiyasi maraqlarla Zəngəzur dəhlizində kəsişdiyini görürük. Amma maraqlı detallarla.
İranın ilk növbədə Ermənistanın ərazi bütövlüyü məsələsini Zəngəzur dəhlizi üzərindən gündəmə gətirməsi Azərbaycana yönəlik addım kimi dəyərləndirilsə də, bu, fikrimcə, belə deyil. Əvvəla, Azərbaycan dəfələrlə Ermənistanın torpağında gözü olmadığını bildirib, amma İran buna baxmayaraq yenə də öz fikrində israrlı olub ölkə adı çəkmədən. Məsələ ondadır ki, İran bu dəhlizə nəzarət baxımından ən perspektivli ölkə kimi Rusiyanı görür, xüsusən də, "9 noyabr" bəyannaməsinin 9-cu bəndində görə.
Amma İran yaxşı bilir ki, Rusiyanın gələcək planları yenidən Sovet İttifaqı coğrafiyasını bərpa etməkdir və gec-tez Rusiya tək dəhlizi yox, ilk növbədə bütün Ermənistanı ələ keçirmək istəyəcək. Bəlli olur ki, İran Azərbaycandan yox, Rusiyadan çəkinir.
Bu durumda Zəngəzur dəhlizinə ABŞ-ın nəzarət etməsi fikrinə razı olar, nəinki Rusiyanın. İranın ABŞ-la gizli danışıq kanallarına sahib olduğunu hamı bilir. ABŞ-ın dəhlizə nəzarət etməsi Ermənistanın suverenliyi üçün qarant rolu oynayır. İrana da bu lazımdır. ABŞ İranın Avropaya çıxışı üçün şərait yaradar.
Bir nüans da Rusiyanın Ermənistanın bütün dəmir yollarına və maliyələşməsinə sahib olması detalıdır. Zəngəzur dəmir yolunu Rusiya maliyyələşdirməli və çəkməlidir Ermənistan adına. Bu, necə olacaq? Bəlkə də Rusiyanın sakitliyi bundandır.
Amma Zəngəzur dəhlizinin qorunması üçün hansısa ölkənin və ya təşkilatın müdafiəsinə ehtiyac yoxdur. Bunun üçün bir çox yeni texniki metodlar vardır ki, qoruma üçün istifadə edilə bilər.

Azər Qasımov, ƏHD Partiyasının sədrinin müşaviri
Xəbəri paylaş