Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müstəqil mətbuatın inkişafına xidmət edən siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Müstəqil mətbuatın inkişafına xidmət edən siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir



XIX əsrin ikinci yarısında dünyanda neft və sənayenin mərkəzi kimi tanınan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür.

Onuda qeyd etmək istərdim ki, Ulu Öndərin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər, eyni zamanda, milli ruhun və milli özünüdərkin dirçəliş dövrü kimi də səciyyəvidir. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə mətbuatın cəmiyyətə təsir imkanlarının böyüklüyü yüksək dəyərləndirilərək, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərə geniş yer verildi. Dahi şəxsiyyət mətbuatın, informasiyanın insanların vahid məqsədə yönəldilməsindəki səfərbəredici rolunu hamıdan yaxşı görürdü. Buna görə də mətbuata və jurnalistlərə xüsusi həssaslıqla yanaşırdı.

Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, KİV-ə istər hökumət, istərsə də cəmiyyət tərəfindən yüksək səviyyədə diqqət göstərilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir. Bu modelin çox diqqətçəkici istiqamətlərindən biri də azad mətbuatın formalaşması və onun ölkə öz missiyasını uğurla yerinə yetirilməsidir.

Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş