Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat villasında işlətdiyi fəhlələrin pulunu vermir

Deputat villasında işlətdiyi fəhlələrin pulunu vermir


Qubanın deputatı Əlibala Məhərrəmzadənin evində, bağında, villasında, otelində işləyən bir neçə nəfər “Sitat.info”-ya şikayət ünvanlayıblar.

Newscwnter.az sözügedən sayta istinadən bildirir ki, fəhlələr işi görüb bitiriblər, lakin pullarını ala bilmirlər. İddiaya görə, deputat ustaların haqqını kəsib.

"Məsələ ilə bağlı deputata tam mədəni formada zəng edib, onun da fikirini öyrənməyə çalışdıq.

O isə kobud cavab verərək, bizi hədələdi. “Siz şikayət qəbul edənsiniz? Darıxmayın, sizi başa salacaqlar” deyə cavab verdi. Görünür, bu deputat mandatından istifadə edib, qoçuluq etməyə çalışır. Əlibala Məhərrəmzadə medianın nə demək olduğunu anlamır. Mətbuatın da vətəndaşların şikayətlərini işıqlandırdığından xəbərsizdir. Media nümayəndəsi ilə necə danışacağını hələ öyrənməyib. Ustalara göndərdiyi səs yazılarını dinlədikdın sonra, bu hərəkətləri qəribə gəlmədi. Söyüşün biri bir qəpik",-deyə sayt yazır

P. S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Xəbəri paylaş