Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda "suverenlik" adına heç nə qalmayıb

Ermənistanda "suverenlik" adına heç nə qalmayıb


"Nəzərə alsaq ki, Ermənistan paytaxtında yerləşən Zvartnots hava limanı, Ermənistanın dəmir yolları, cırtdan ölkənin su, qaz və işıq təchizatı sistemləri müxtəlif vaxtlarda digər rəhbərlər tərəfindən başqa ölkələrin şirkətlərinə icarəyə verilib, o zaman Ermənistanın Zəngəzur dəhlizinə nəzarətin başqa şirkətlərə verilməsi məsələsində "suverenlik" mövzusunu gündəmə gətirməsi absurddur".

Newscenter.az xəbər verir ki, bunları hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, tarixi boyu başqalarının əlində alətə çevrilən Ermənistanda kimsə "suverenlik" məsələsin qətiyyən toxunmalı deyil, əks halda Azərbaycan tərəfindən daha dərin arqumentlər tapılacaq:

"Onsuz da Ermənistanda "suverenlik" adına heç nə qalmayıb. Ermənistanın suverenliyi də, təhlükəsizliyi də Azərbaycan Prezidenti İlham Əliyevdən asılıdır".

O deyib ki, dəhlizə ABŞ və ya digər ölkənin şirkəti tərəfindən nəzarəti isə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etmir:

"Bizim üçün mühüm olan yük və vətəndaşlarımızın tarixi torpaqlıarımızdan keçməklə Naxçıvana və geriyə maneəsiz hərəkətinin təmin olunmasıdır. Ola bilsin ki, ilkin mərhələdə hansısa xarici şirkətin nəzarət məsələsi Azərbaycan tərəfindən məqbul hesab edilsin. Vaxtilə əldə olunan razılaşmaya əsasən Laçın yoluna da 5 il ərzində ruslar nəzarət etməli idi. Ali Baş Komandan İ.Əliyev çox rahat bir şəkildə rusları müddəti yarısında evlərinə əliboş yola saldı. Digərlərini də yola salmaq Prezidentimiz üçün ciddi problem olmayacaq. Amma bu da istisna deyil ki, Azərbaycan tərəfi nəzarət məsələsində daha optimal təkliflər irəli sürsün".

Anar Əliyev
Xəbəri paylaş