Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnformasiya cəbhəsində Azərbaycanın mövqeyi ilbəil möhkəmlənir

İnformasiya cəbhəsində Azərbaycanın mövqeyi ilbəil möhkəmlənir



150 il əvvəl Azərbaycan xalqı müsəlman Şərqində demokratik qəzet yaratmağa nail oldu. 1875-ci il iyulun 22-də “Əkinçi” ilə fəaliyyətə başlayan Azərbaycan milli mətbuatı xalqımızın milli şüurunun formalaşmasında, mili-mənəvi dəyərlərimizin qorunmasında başlıca rol oynayıb.
Müstəqillik dövründə isə Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Azərbaycan jurnalistikası daha da inkişaf edərək, cəmiyyətdə çox müsbət rol oynamağa başladı. Milli mətbuatımız bu illər ərzində öz nüfuzunu və peşəkarlığını daha da artırıb. İnformasiya cəbhəsində Azərbaycanın mövqeyi ilbəil möhkəmlənir.

44 günlük Vətən müharibəsində isə Azərbaycan mediası tam fərqli przimadan öz əzmini göstərdi. Media üçün də yeni öhdəliklər müəyyənləşmişdi və Azərbaycan mediası informasiya müharibəsində də öz üstünlüyünü qorudu. Düşmənin təxribatlarının qarşısı yüksək peşəkarlıqla alındı. 44 günlük Vətən Müharibəsində Azərbaycan həm də informasiya cəbhəsində xüsusi fəallıq nümayiş etdirdi. Erməni tərəfi dezinformasiya siyasətini davam etdirirdi. Bununla belə, dünya Qarabağda baş verənlərlə bağlı ən operativ, dəqiq məlumatları Azərbaycandan alır, əsl həqiqət dünyaya bəyan olunurdu. Bu mənada Böyük Qələbəmizdə medianın rolunu xüsusi qeyd etməliyik. Bu gün dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlüklə xarakterizə olunur. Bu mənada döyüş meydanında savaş bitsə də, informasiya cəbhəsində mübarizə bitməyib və görünən odur ki, davam edəcək.
Bu gün süni intellekt dövründə, ən təhlükəli tendensiyalardan biri kibertəhlükəsizlik və rəqəmsal hücumlar dövründə mətbuatın da qarşısında yeni öhdəliklər dayanır. Texnologiyanın inkişafı ilə informasiya yayımı daha riskli hala gəlib. Bu səbəbdən media savadlılığının artırılması zərurətə çevrilib. Mövcud çağırışlara qarşı effektiv mübarizə üsulları sınaqdan keçirilir.

Təsadüfi deyil ki, bu günlərdə Xankəndidə keçirilən 3-cü Şuşa Qlobal Media Forumu da müasir dövrün reallıqları fonunda medianın rolunu, priroritetlərini gündəmə gətirdi. Bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri prinsipiallıq, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə dövlətçilik maraqlarını uca tutmaq, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməkdir. Təəssüf ki, bəzi hallarda qərəzli dairələrin medianı təsir altına salmaq, dövlətə və cəmiyyətə qarşı istifadə etmək cəhdlərinin şahidi oluruq. Milli maraqları gözardı edərək qərəzli dairələrin maşasına çevrilən milli satqınların, ünsürlərin təbii ki, Azərbaycan mətbuatına aidiyyattı yoxdur. Azərbaycanın milli mətbuatı hər zaman sınaqlardan sınaqlardan üzüağ çıxıb. Milli maraqlar hər zaman Azərbaycan mətbuatı üçün prioritet olub.

Prezident İlham Əliyevin də söylədiyi kimi, “biz vahid siyasət aparırıq. Dövlət və media milli maraqları müdafiə edir. Ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz”.

Könül Nurullayeva, Milli Məclisin deputatı
Xəbəri paylaş