Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Şahin İsmayılov Bakıda restoranlar şəbəkəsi açıb

Deputat Şahin İsmayılov Bakıda restoranlar şəbəkəsi açıb


Milli Məclisin deputatı, parlamentin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov Bakıda yeni biznes fəaliyyətinə başlayıb.

Newscenter az bildirir ki, "Editor.az"ın verdiyi məlumata görə, deputat paytaxtın mərkəzində “Friends Central Perk Baku” adı ilə kafelər şəbəkəsi qurub.

Mənbənin iddiasına görə, kafe şəbəkəsi sənədlərdə deputatın yaxın adamlarından birinin adına rəsmiləşdirilsə də, faktiki sahibi elə Şahin İsmayılovun özüdür. Dominos pizza

Hazırda “Friends Baku” brendi ilə şəhərin müxtəlif mərkəzi nöqtələrində – 4 ünvanda fəaliyyət göstərən bu obyektlər əsasən kofe evi (kofeşop) formatında işləyir və daha çox bahalı seqmentə xitab edir. Bildirilir ki, bu kafelərdən biri paytaxtın tam mərkəzində, M.Rəsulzadə küçəsində, “Tarqovu”da yerləşir.

Qeyd olunur ki, deputat özü də bu məkanlarda tez-tez həmkarları ilə birgə istirahət edir.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Xəbəri paylaş