Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİ-92 markalı benzin ucuzlaşıb

Aİ-92 markalı benzin ucuzlaşıb


Özbəkistanda Aİ-92 markalı benzin ucuzlaşıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə “Özbəkneftqaz” SC-nin mətbuat xidməti məlumat yayıb.

Buxara Neft Emalı Zavodunda istehsal olunan 1 ton Aİ-92 markalı benzinin birja hərraclarında ilkin qiyməti birinci mərhələdə 12 milyon 881 min somdan 12 milyon 628 min soma endirilib. Bu da öz növbəsində birjada Aİ-92 markalı benzinin 1 litrinin ilkin qiymətinin aşağı düşməsinə gətirib çıxarıb.

Qeyd olunur ki, bu, istehlakçılar üçün sərfəli qiymət olmaqla yanaşı, bütün bazara müsbət təsir göstərir.

“Özbəkneftqaz” daxili bazarı inkişaf etdirmək və istehlakçıların maraqlarını dəstəkləmək üçün yüksək oktanlı yanacağın qiymətlərini mərhələli şəkildə endirməyə davam edəcəyini açıqlayıb.

Süleyman
Xəbəri paylaş