
Rusiyada “WhatsApp” və “Telegram”da zənglər bloklanmağa başlanıb.
Newscenter.az RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiyada sanksiyalara görə lazımi infrastruktur təkmilləşdirmələri həyata keçirilə bilmədiyi üçün bu addım atılıb.
Məlumata görə, Rusiyada vətəndaşlar bu gün səhər saatlarından etibarən WhatsApp və Telegram-da edilən zənglərlə bağlı problemlər barədə məlumat veriblər.
Rusiya mətbuatında yer alan xəbərlər ölkədəki mobil operatorların Rusiya hökumətinə məktub yazaraq, sanksiyalara görə lazımi infrastruktur yeniləmələrinin mümkün olmadığını bildirib.
Əksinə, operatorlar internet trafikinin artdığını qeyd edərək, trafikin azaldılması üçün WhatsApp və Telegram-da zənglərin bloklanmasını istəyiblər.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, bəzi Rusiya rəsmiləri bloklamanın telefon fırıldaqçılığı ilə mübarizə üçün zəruri olduğunu iddia edirlər.
Anar Əliyev