Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İraq işıqsız qaldı

İraq işıqsız qaldı


İraq enerji böhranı ilə üzlıəşib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, ölkənin mərkəzi və cənubu tamamilə elektriksiz qalıb.

Məlumata görə, ölkənin mərkəzi və cənub bölgələrindəki şəhərlərdə, xüsusən də paytaxt Bağdadda qəfil elektrik enerjisi kəsilib. Lakin elektrik enerjisinin verilişində yaşanan fasilələrlə bağlı hələlik nə Elektrik Nazirliyi, nə də digər aidiyyatı qurumlar açıqlama verməyib.

Qeyd edək ki, İraqda milli elektrik xidməti gündə cəmi 5-8 saat ərzində mövcuddur. Ətraf mühitin çirklənməsinə səbəb olan və illərdir həllini tapmayan davamlı elektrik kəsilişlərinin aradan qaldırılması üçün pullu məhəllə generatorlarından istifadə edilir.

Anar Əliyev
Xəbəri paylaş