
"Ermənistan və Azərbaycan arasında dayanıqlı sülh mümkün deyil və zaman-zaman müharibə təkrarlanacaq".
Newscenter.az xəbər verir ki, bunu politoloq Vüqar Dadaşov deyib. O bildirib ki, məsələnin kökündə yenə də, Ermənistanın, ermənilərin qonşulara qarşı torpaq iddiası deyil, bu iddialara əsas verən ermənilər üçün yazılan sifarişli saxta tarix dayanır:
"Ermənilər bu saxta tarixin əsirinə, eləcə də şüuraltı düşüncə tərzinə çevrilərək Qafqazın tarixinə, mədəniyyətinə, bütün keçmişinə, iddia edirlər. Ermənilərə çar Rusiyası, xüsusən də SSRİ dövründən yazılan saxta tarix bütün problemlərin, konfliktlərin yaranma səbəbidir. Əsl erməni tarixini bütün dünya üçün ortaya çıxarmayınca erməni problemi davam edəcək".
Anar Əliyev