
Rusiya və Qırğızıstanın “Kapital” bankı ABŞ və Böyük Britaniyanın bu maliyyə qurumuna qarşı sanksiyalar tətbiq etməsindən əziyyət çəkməyəcək.
Newscenter.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov məlumat verib.
"Rusiya bundan əziyyət çəkməyəcək. Düzünü desəm, Kapital Bank da zərər çəkməyəcək. Maliyyə Nazirliyinin nəzarəti altında fəaliyyətini davam etdirəcək və dövlətə fayda gətirəcək", - deyə Japarov bildirib.
Qeyd edək ki, ABŞ bir neçə ay ərzində Kapital Bank-a qarşı sanksiyalar tətbiq etdi, bundan sonra hökumət tərəfindən Qırğızıstanın rublla fəaliyyət göstərən əsas bankı kimi təyin olundu. Avqustun 20-də Britaniya da banka qarşı sanksiyalar tətbiq edib.
Qırğızıstan liderinin sözlərinə görə, Qərbin Rusiyaya qarşı sanksiyaları gözlənilən effekti verməyib. Sanksiyalardan sonra Rusiya istehsalı və kənd təsərrüfatını daha yüksək səviyyəyə qaldıra bildi. Rusiya əvvəllər idxal etdiyi məhsulları indi ixrac edir.
Qırğızıstan lideri ABŞ prezidenti Donald Tramp və Böyük Britaniyanın baş naziri Key Starmerə müraciət edərək, onları iqtisadiyyatı siyasiləşdirməməyə çağırıb.
Süleyman