Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəbələdə təşkil edilən TDT-nin sammiti hədəflərə catmaq üçün növbəti uğurlu cəhdlərdən biri sayıla bilər

Qəbələdə təşkil edilən TDT-nin sammiti hədəflərə catmaq üçün növbəti uğurlu cəhdlərdən biri sayıla bilər


"Dünyanın yeni siyasi mənzərəsində adekvat çağırışlara uyğun olaraq türk dövlətlərinin əməkdaşlıq imkanlarının artırılmasına yönələn səylər uzaqgörənliyin əlamətidir. Türk dövlətlərinin birliyini siyasi şərtlərdən başqa iqtisadi maraqlar da şərtləndirir. Bu dövlətlərin yerləşmə coğrafiyası onlara fövqəladə fürsətlər qazandırır. Üstəlik, Orta Asiya-Azərbaycan-Türkiyə dəhlizinin yaradılması iqtisadi zərurətdən qaynaqlanır. Yəni bu birliyin əsasında etnik, dini dəyərlərdən başqa digər təbii amillər də durur. Bu isə onu daha dayanıqlı və möhkəm edir".

Bu fikirləri Newscenter.az-a Ədalət Partiyasının sədri Mütəllim Rəhimli səsləndirib. O deyib ki, siyasi amillər də türk dövlətlərini əməkdaşlığa sövq edir:

"Baş verən siyasi təlatümlər, dünyanın yenidən bölüşdürülməsi cəhdləri tələb edir ki, türk dövlətləri bir yerdə olsunlar. TDT-yə üzv olan dövlətlərin logistika sahəsində böyük üstünlükləri, təbii resursları, müsbət demoqrafik göstəriciləri onları vacib aktora çevirməkdədir. Yaxın gələcəkdə TDT mühüm siyasi təsir mərkəzi kimi tanınacaq. Bu prosesi dayandırmaq və geri döndərmək artıq mümkün deyil"

Partiya sədri qeyd edib ki, Qəbələdə təşkil edilən TDT-nin sammiti yuxarıda deyilən hədəflərə catmaq üçün növbəti uğurlu cəhdlərdən biri sayıla bilər:

"Artıq sevindirici xəbər aldıq. Ortaq türk əlifbasında ilk kitab nəşr edilib. Bu yaxşı addımlardan biridir. Türk xalqlarının düşüncə birliyinin formalaşdırılmasına xidmət edir.

Dövlət başçılarının mütəmadi olaraq görüşməsi də rəsmi səviyyədə əməkdaşlığın inkişafına xidmət edir. İqtisadi və siyasi birliyin möhkəmlənməsinə əsaslar yaradır".

Süleyman
Xəbəri paylaş