Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan, Özbəkistan və Türkmənistan liderlərinin görüşü əhəmiyyətli hadisədir

Azərbaycan, Özbəkistan və Türkmənistan liderlərinin görüşü əhəmiyyətli hadisədir


"Azərbaycan, Özbəkistan və Türkmənistan liderlərinin Türkmənbaşı şəhərində keçirilən yüksək səviyyəli üçtərəfli Zirvə görüşü həm qlobal müstəvidə, həm də Cənubi Qafqaz - Orta Asiya xəttində baş verən geosiyasi və geoiqtisadi proseslər çərçivəsində olduqca əhəmiyyətli hadisədir".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O, hesab edir ki, Zirvə görüşü avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar fonunda yeni perspektivlərə fokuslanmaq kontekstində diqqət çəkir:

"Xüsusilə Zəngəzur dəhlizinin açılması reallığında. Bu razılaşma Özbəkistan və Türkmənistanın Orta Dəhlizə reinteqrasiyasını sürətləndirmək baxımından yeni imkanlar yaradır. Eyni zamanda tərəflərin hazırda üçtərəfli iqtisadi əlaqələri, enerji sahəsində əməkdaşlığı artırmaq üçün əlverişli mühiti formalaşıb".

Pərviz Mirizadə deyib ki, Türkmənistan zəngin karbohidrogen ehtiyatları ilə önə çıxsa da, enerji ixracında ciddi çətinliklərlə üzləşir:

"Belə olduğu təqdirdə üçlü format qaz və digər enerji resurslarının ixracı, yeni maşurtların formalaşdırılması cəhətdən strateji addımlar ata bilər. Trans-Xəzər kimi layihələr burada önə çıxır. Bütün hallarda Türkmənbaşıda keçirilən üçtərəfli Zirvə görüşü özünün məhsuldarlığı ilə ölkələrimizin münasibətlərində yeni kəmiyyət və keyfiyyət göstəriciləri yaradacaq. Tərəflər arasında ticari-iqtisadi əməkdaşlıq genişlənəcək, nəqliyyat - kommunikasiya əlaqələri dərinləşəcək və enerji sahəsində tərəfdaşlıq artacaq. Bu görüş fonunda ölkələrimiz arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinində müzakirə olunacağı istisna deyil".

Süleyman
Xəbəri paylaş