Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dünyası daha güclü şəkildə bir-birinə sıx bağlanacaq

Türk dünyası daha güclü şəkildə bir-birinə sıx bağlanacaq



"Azərbaycan və Türkmənistan dövlətləri müstəqillik dövrünün ikinci baharını yaşayır. Müstəqilliyin ilk illərindən iki ölkə arasında mövcud olan problemlər onları bir-birindən aralı salsa da, artıq ölkələrimiz bunun iki qardaş ölkəyə yaraşmadığı, onların münasibətlərinin digər qardaş türk dövlətlərinə də nümunə olmalı olduğu gerçəyini qəbul etdilər. Bunun nəticəsidir ki, bu gün qardaş Özbəkistan dövləti də Azərbaycan və Türkmənistanın yanında üçlü görüşdə iştirak edir".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov Türkmənistanda 3 ölkə rəhbərliyinin sammitini şərh edərkən deyib.

O bildirib ki, üç dövlət ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı üçün ehtiyac duyulan addımları atmaqda qərarlı görünürlər:

"Azərbaycan dövlətinin başçısının Türkmənistana baş tutan bu səfəri iki qardaş ölkənin münasibətlərində yeni çağ açır. Özbəkistanın bu görüşdə iştirakı isə Türk birliyi və TDT-nın yaxında daha da böyüyəcəyini göstərir".

Azər Qasımov hesab edir ki, bu görüşdən sonra türk dünyası daha güclü şəkildə bir-birinə sıx bağlanacaq.

Süleyman
Xəbəri paylaş