
Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində, liderlər arasında ayaqüstü baş tutan görüşlər və bu görüşlərdə xüsusi gözə çarpan mənzərələr, qarşılıqlı münasibətlər, dünyada baş verən hadisələr fonunda hər şeyin dəyişdiyini görmək üçün imkan yaradır.Bu səbəbdən dünya siyasətində sabitlik pozulub desək yanılmarıq və nəticədə dünyada sabitlik pozulub deyimi də öz təsdiqini tapmış olur.Azərbaycan Prezidenti İlham Əliyev və Mehriban Əliyevanın, Ermənistan baş naziri Nikol Paşinyan və Anna Akopyanla birlikdə ayaqüstü söhbət etmələri xüsusi diqqət çəkən məqamlardan biri idi. Bu mənzərəni daha da cazibədar edən daha bir ölkə qardaş Türkiyə Prezidenti Ərdoğanın da Əminə xanımla bu söhbətdə iştirak etməsi sözsüz ki, bu tədbirə qatılan bəzi ölkə başçıları ücün heç də ürəkaçan mənzərə hesab edilə bilməzdi.Çin dövləti tərəfindən liderlərin qarşılama mərasimində, bəzi detalların gözlərdən qaçmaması da dünya mediasında tirajlanmaqdadır.Ərdoğan və Əliyevin qarşılanma mərasimi daha yüksək səviyyədə təşkil olunmuşdur iddiaları, istər dövlətlərin mətbuat orqanlarında , istərsə də sosial mediada ən çox yayılan xəbərlərdəndir. Bu bəzi liderlərin qarşılanma törəni ilə müqayisə olunaraq ətrafında müzakirələr qurulur.Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında olan soyuqluq burda da özünü göstərməkdədir .Baxmayaraq ki, prezident Putinin mətbuat xidmətinin rəhbəri Peskov, iki lider arasında görüşün baş tutma ehtimalını istisna etmir, hətta əksinə bu görüşün baş tutacağı anonsunu verdi.
Çingiz Şahbazi, siyasi ekspert