
İran parlamentinin Zəngəzur dəhlizinə qarşı bəyanat qəbul etməsi, birbaşa Ermənistanı hədəf almaqdan ibarətdir. Zəngəzur dəhlizi Ermənistan ərazisidir və rəsmi Yerevanın razılığı ilə açılıb.
Göründüyü kimi, "Zəngəzur dəhlizi" ilə bağlı məsələ İran siyasi sistemində ciddi fikir ayrılıqları və siyasi böhrana gətirib çıxarıb. Xüsusilə, prezident M. Pezeşkian və onun administrasiyası Zəngəzur dəhlizinə dəstək verir. Amma, Ali dini rəhbər Ə. Xamnei və ona bağlı mühafizəkar qurumlar Zəngəzur dəhlizinə qarşı çıxır və prezidenti hədəf alırlar.
Məhz İran parlamentinin məlum bəyanatı Ali dini rəhbərin siyasi göstərişləri ilə edilib. Parlament və Ali dini rəhbərə tabe olan qurumlar prezident M. Pezeşkianın qonşularla normal siyasətin aparılmasına imkan verilmir. Hətta, prezidenti İsrailə xidmət etməkdə iddiham edirlər.
Göründüyü kimi, İranda güclü olan mühafizəkar dairələr xalqın seçdiyi prezidentə qarşı hərəkətə keçib. Proseslər bu müstəvidə davam edərsə, növbəti mərhələdə
M.Pezeşkianın seçkilərə qatılmasına icazə verilməyə bilər. Həmçinin onun hazırda öz səlahiyyətlərindən istifadə edib, İranı beynəlxalq birliklə normal münasibətlər qurmasına imkan verilmir. Faktiki olaraq prezident M. Pezeşkian səlahiyyətsiz bir çərçivəyə salınıb. Baxmayaraq ki, 12 günlük müharibədə M. Pezeşkian xalqla birgə oldu.
Qeyd edim ki, M. Pezeşkiana qarşı bütün təzyiq və hücumların arxasında Ali dini rəhbər Ə. Xamnei dayanır. Həmçinin, Azərbaycan və Türkiyə qarşı sərt xətt siyasətini idarə edir
Demek olar ki, Tehran rejimi İran 12 günlük müharibədən nəticə çıxarmaq əvəzinə, daha da sərt siyasətə üstünlük verib. Prezident M. Pezeşkianın Qərblə konusturiktiv siyasətinin qarşısını alıb. Artıq Avropa ölkələri və ABŞ İrana qarşı növbəti sanksiyalar tətbiq etməsi gözlənilir.
Əgər, yaxın perspektivdə İran öz siyasətində korrektlər etməsə, İsrail və ABŞ İslam respublikasına yenidən hərbi əməliyyatlara başlaya bilər.
Qeyd edim ki, İranın Zəngəzur dəhlizinə qarşı çıxmasında əsas məqsədi Qərbdən Şərqə və əksinə daşınan yüklərin onun nəzarətindən tam çıxmasıdır. İran ona görə tək "Araz dəhlizinin" fəaliyyətində maraqlıdır ki, beynəlxalq daşımalar öz nəzarətində olsun.
İranın Zəngəzur dəhlizinə müdaxiləsi isə, mümkün görünmür.
Məhəmməd Əsədullazadə