Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənab Prezidentin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində regionlarda əksər problemlər aradan qalxıb

Cənab Prezidentin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində regionlarda əksər problemlər aradan qalxıb


"Cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində artıq regionlarda əksər problemlər aradan qalxıb. Parlamentin yay tətili müddətində deputat seçildiyim Yevlax rayonunda seçicilərlə keçirdiyim görüşlərin nəticələri belə deməyə əsas verir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, bu müsbət tendensiya öz növbəsində seçici şikayət və müraciətlərinin də sayının azalmasına təsir göstərir:

"Məlumat üçün qeyd edim ki, parlamentin yay tətili müddətində rayonun kənd və qəsəbələrində, mərkəzdə seçicilərlə çoxsaylı görüşlərim oldu. Əvvəlki illərlə müqayisədə seçici şikayət və müraciətləri xeyli azalıb. Bu da qeyd etdiyim kimi Cənab Prezidentin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Eyni zamanda müxtəlif illərdə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları da respublikanın hər bir bölgəsində olduğu kimi Yevlaxda da mövcud olan bir sıra problemlərin həllinə imkan yaradıb. Təbii ki, bütün bunlar da şikayət və müraciətlərin azalmasında mühüm rol oynayır".

İlham Məmmədov onu da deyib ki, hökumət üzvləri, nazirlər və komitə rəhbərlərinin regionlarda keçirdiyi qəbullar, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin müntəzəm olaraq rayon sakinləri ilə səyyar görüşləri də vətəndaşların üzləşdiyi ən xırda problemlərin belə həllinə yol açır:

"Həm hökumət üzvlərinin Yevlaxda keçirdikləri qəbullar, həm Şəhər İcra Haklimiyyəti başçısının səyyar görüşləri vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır".

Süleyman
Xəbəri paylaş