
"Rusiyanın PUA-larla Polşanın hava məkanını pozaraq hücum xarakterli həmlələr etməsi, Qərbin Ukraynaya logistika zəncirini vurmaqdan ibarətdir. Qərbin Ukraynaya göndərdiyi silahlar böyük partiyada Polşadan daxil olur. Ona görə də Polşanın hədəf seçilməsi, Qərbin nəbzini yoxlanmasıdır. Əgər, ABŞ başda olmaqla, NATO ölkələri bu hücuma görə Rusiyaya qarşı sərt addımlar atmasa, bəyanatlarla kifayətlənsə, Rusiya Polşa ərazisində Ukraynaya göndərilən silah mərkəzlərini və logistika yolunu növbəti hücumlarda vura bilər".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Rusiya Polşanı hədəf seçməklə, NATO-nu parçalamaq və Sərqi Avropanı nəzarət altına almağı hədəfləyir:
"Rusiya prezidentinin belə bir addım atmasında ABŞ prezidenti D. Trampın ona loyal yanaşması və Alyaska görüşünün nəticəsi də rol oynayır.
Göründüyü kimi, Rusiya hücum edir, Qərb isə, müdafiədə dayanaraq bu hücumun qarşısını almaqla, V. Putini dialoqa cağırır. ABŞ prezidenti nə Polşanı, nə də Avropanı müdafiə etmək niyyətində deyil. Həmçinin NATO -nun 5-ci maddəsinin tətbiqində maraqlı deyil. D. Tramp üçün əsas strateji siyasət İsrail və onun təhlükəsizliyini təmin etməkdir. Çünki, yəhudi lobbisi onu hakimiyyətə gətirirb".
Anar Əliyev












































