Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya bütün sərhədləri aşır

Rusiya bütün sərhədləri aşır


"Rusiya Ukrayna ilə müharibə prizmasında bütün sərhədləri aşaraq təkcə Kiyev deyil, eyni zamanda Qərbə, NATO-ya güc nümayiş etdirir. Hər halda bu günlərdə Rusiya hərbi hava vasitələri tərəfindən Polşanın hava məkanının pozulması bunun təsdiqidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O deyib ki, Rusiya Polşanın hava sərhədini pozmaqla NATO-nun nəbzini yoxlayır və eyni zamanda hərbi alyansa qarşı güc nümayişi göstərir:

"Hələ Ukrayna ilə müharibəyə başlayan gündən beynəlxalq ekspertlər deyirdilər ki, Rusiyanın növbəti hədəfi Polşa ola bilər. Çünki Moskva hesab edir ki, Polşa onun üçün ciddi təhlükə mənbəyidir. Polşada yerləşdirilmiş ABŞ/Aegis Ashore raket müdafiə bazası Kremlin diqqət mərkəzindədir və Rusiya tərəfindən “prioritet hədəf” kimi təqdim edilir.
Kremlin fikrincə, bu baza — Rusiyanın strateji maraqlarına təhdid yaradır və əsas hədəflər siyahısına daxildir".

Politoloq deyib ki, Rusiya Polşanı həm də informasiya savaşı nöqteyi-nəzərindən hədəf alır:

"Rusiya mediası və sosial media platformaları tərəfindən Polşa, NATO və Qərb haqqında zərərli miflər yayılmaqda davam edir. Bu tip kampaniyalar Polşanın daxili siyasi sabitliyinə və etimadına zərbə vurmağa yönəlib. Polşa Illik olaraq ən çox Rusiya kiber hücumuna məruz qalan Avropa ölkələrindən biridir. 2024-cü ildə bu rəqəmin 80,000-dən çox olub".

Süleyman
Xəbəri paylaş