
2025-ci ilin dövlət büdcəsi layihəsində şəhər və rayonların yerli gəlirləri 793,9 milyon manat, yerli xərcləri isə 799,2 milyon manat həcmində nəzərdə tutulub.
Newscenter.az xəbər verir ki, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Azim Abasov qeyd edib.
O bildirib ki, göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 2,4% və 1,8% artımı əks etdirir və artım fiskal idarəetmənin təkmilləşdirilməsi, vergi bazasının genişlənməsi ilə bağlıdır.
Azim Abasov onu da deyib ki, 2024-cü ildə ölkə üzrə 59 rayon və şəhər öz yerli xərclərini yalnız yerli gəlirlər hesabına qarşılaya bilib:
"2025-ci ildən etibarən Zəngilan və Laçın rayonları da dövlət büdcəsindən maliyyə yardımı almadan öz gəlirləri hesabına təmin edəcəkləri proqnozlaşdırılıb".
Süleyman