
İstanbul Hava Limanı 15-21 sentyabr tarixləri arasında gündəlik orta hesabla 1599 uçuş yerinə yetirən Avropanın ən işlək hava limanı olaraq qeydə alınıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) sentyabrın 15-dən 21-dək olan “Avropa Aviasiya Hesabatı”nda belə qeyd edilib.
Hesabata görə, İstanbul Hava Limanı bu dövr ərzində gündəlik orta hesabla 1599 uçuş yerinə yetirərək Avropanın ən işlək hava limanları arasında birinci olub.
İstanbul Hava Limanından sonra gündəlik 1407 uçuşla Frankfurt Hava Limanı, 1405 günlük uçuşla Amsterdam Hava Limanı, 1374 günlük uçuşla Şarl de Qoll Hava Limanı və 1335 günlük uçuşla London Hitrou Hava Limanı yer alıb.
Mehman Mehdiyev