
Birləşmiş Ştatlar prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ağ Evdəki Oval ofisdə keçirilən görüş zamanı liderlər regionda və dünyada baş verən prosesləri müzakirə ediblər. Görüş zamanı Türkiyədən Amerikadan almağı nəzərdə tutduğu F-35 təyyarələri ilə bağlı da fikir mübadiləsi aparılıb.
Ağ Ev rəhbəri görüş zamanı türkiyəli həmkarını güclü lider kimi xarakterizə edib.
Anar Əliyev