
"İtaliya Azərbaycanın ticari və siyasi tərəfdaş ölkələrindən biridir. İsraildən sonra Azərbaycan neftinin alıcısı olan İtaliya bərpa olunan enerji layihələrinə də maraq göstərir. Bu dövlət Avropa İttifaqının bəzi üzvlərindən. o cümlədən Fransa və Almaniyadan fərqli olaraq rəsmi Bakı ilə münasibətlərinin dinamik inkişafına əhəmiyyət verib. Prezident Sercio Mattarellanın səfəri bu əlaqələrin daha da dərinləşməsinə müsbət impuls verəcək. Azərbaycan-İtaliya Universitetinin açılması həm bu qədim ölkənin geniş tanınmasında, eləcə də təhsili sahəsində vacib addım hesab olunur".
Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov İtaliya Prezident Sercio Mattarellanın Azərbaycana səfərini şərh edərkən səsləndirib. O deyib ki, TAP, Trans Adriayik Qaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından Avropaya qaz nəqli üçün nəzərdə tutulan bu layihə, təkcə 2022-ci ildə İtaliyaya 13,2 milyard avro (illik 3,9 dəfə artım) dəyərində 10,3 milyard kubmetr qaz (2021-ci illə müqayisədə +43,1%) tədarükünü təmin edib:
"Hər iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 6 milyard dollardan çoxdur. İtaliya 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycana qarşı Qərbin təbliğat kampaniyasında nəinki iştirak etməyib, əksinə əsl həqiqətlərin çatdırılmasında dostyana fəaliyyət göstərib. Dəstəyini ifadə edib. Hesab edirəm İtaliya kimi bir dövlətlə hərtərəfli əlaqələrin genişləndirilməsi hər iki dövlət üçün faydalıdır".
Süleyman