
Çoxillik İsrail-Fələstin münaqişəsi fonunda Qəzza üçün taleyüklü qərarların, layihələrin gündəmə gətirilməsinin şahidi oluruq.
Ən son olaraq ABŞ prezidenti Donald Tramp sülh planını irəli sürdü və bu plan əksər ölkələr tərəfindən müsbət qarşılandı.
İlk növbədə onu qeyd etmək lazımdır ki, anklavda yaşanan qırğınların sonlandırılması üçün tez bir zamanda həllə yönəlik qərarların qəbul edilməsi lazımdır. Çünki mövcud situasiya hərbi-siyasi prosesdən əvvəl bütün bəşəriyyət üçün bir insanlıq sınağıdır.
Sülh kontekstində diqqət çəkən bəzi məqamlar var. Beləki, danışıqların getdiyi bir müddətdə, yəni, Trampın təşəbbüsü əla alması ilə paralel Pentaqonun Yaxın Şərqdə hərbi aktivliyini artırdığını müşahidə edirik. Birləşmiş Ştatlara məxsus hərbi yük təyyarələri ard-arda regiona silah-sursat daşıyır. Məqsəd nədir? ABŞ - özünə təhdid kimi görür?
Hesab edirəm ki, bu gedişlər yenidən oxların İrana yönələcəyi zənnini formalaşdırır.
İranın yenidən nüvə obyektlərini bərpa etməyə çalışır. Rusiyadan, Çindən HHM sistemləri, radioelektron mübarizə vasitələri əldə edir.
Təbii ki, son qarşıdurmadan sonra Tehran rəsmilərinin bu istiqamətdə işlər görəcəyi bəlli idi. Çünki İran İsraillə son münaqişədə çox ciddi itkilərə məruz qaldı, ölkənin müdafiə sistemi çökdü, strateji obyektlər bombalandı və əslində illərdir təqdim olunan gücün yalnız kağız üzərində olduğu təsdiqini tapdı.
Lakin cənub qonşumuzun dirçəlməyə çalışması və nüvə proqramını dayandırmaması bu ölkəyə qarşı yenidən hava əməliyyatlarının keçirilməsinin planlaşdırıldığı görüntüsü yaradır. Ölmüş vəziyyətdə olsa da hələ də İranın regionda diri hüceyrələri var və bunların zaman keçdikcə təşkilatlanması potensialı gerçəklikdir.
Siyasi şərhçi Pərviz Mirizadə.