Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa və Azərbaycan arasında yeni siyasi mərhələ

Fransa və Azərbaycan arasında yeni siyasi mərhələ


"Azərbaycan prezidenti İlham Əliyev Danimarkada işgüzar səfər zamanı Fransa prezidenti E. Makaronla nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirdi. İkinci Qarabağ müharibəsindən sonra, Fransa prezidenti ilə belə bir görüş baş tutmamışdı. İki ölkə ilə münasibətlər qırılma nöqtəsinə gəlmişdi".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlarda irəliləyiş və 8 avqustda sülh mətninin paraflanması Fransanın regional siyasətinə zərbə vurdu:

"Çünki, Fransa sülhə qarşı idi və Ermənistanı silahlandırirdı. N. Paşinyan Fransanın siyasətinin Ermənistan üçün mənfi nəticələrinin olacağından ehtiyat etdiyi üçün eskalasiyanı deyil, Azərbaycanın sülh gündəmini qəbul etdi".

Politoloq deyib ki, Fransa yenidən Azərbaycanla əməkdaşlıq gündəminə qayıdır:

"Bu, Azərbaycanın siyasi qələbəsidir. Fransa prezidenti E. Makron prezident İlham Əliyevin sülh gündəliyini və regionda siyasi reallıqları qəbul etdi. Məhz bu görüş Azərbaycanın diplomatik qələbəsidir. Bundan sonra, Azərbaycan-Fransa əlaqələrinin yeni mərhələyə keçməsi mümkün görünür".

Anar Əliyev
Xəbəri paylaş