
"Türkiyə-Azərbaycan münasibətləri hazırda elə bir mərhələdədir ki, hansısa media qurumları və ya sosial şəbəkələrdə əksini tapan təxribat xarakterli yazılar bu münasibətlərə zərbə vura bilməz. Çünki dövlətlərin siyasətini mətbuat orqanları, sosial şəbəkə hesabları deyil, dövlət başçıları müəyyən edir. Azərbaycan və Türkiyə dövlət başçıları da dost, qardaşdır. İki ölkə arasında münasibətlər Azərbaycan və Türkiyə liderlərinin ortaya qoyduğu siyasi iradə nəticəsində hər gün daha da inkişaf edir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, iki dost-qardaş ölkə arasında münasibətlər, birgə əməkdaşlıq artıq regional aspektdən beynəlxalq səviyyəyə çıxıb:
"Artıq bu əməkdaşlıq özünü Yaxın Şərqdə, Suriyada göstərir. İki türk dövlətinin Yaxın Şərqdə cərəyan edən proseslərdə belə fəal aktor rolunu oynaması görünür müəyyən xarici qüvvələri, eləcə də Yaxın Şərqdə, Suriyada marağı olan dairələri ciddi şəkildə narahat edir. Ona görə də həmin qüvvələr Türkiyə daxilindəki əlaltıları ilə Azərbaycanla münasibətlərə zərbə vurmağa çalışan manevrlər edirlər".
Arzuman Muradlı deyib ki, həmin qüvvələrin məkirli planları baş tutmayacaq:
"Çünki Ankara ilə Bakı indiyə qədər bir çox sınaqlardan, bu kimi təxribat xarakterli oyunlardan üzüağ çıxıb. Yaxın tariximizdə baş verən bayraq insidenti, artıq tarixə qovuşmuş Dağlıq Qarabağ problemi mövcud olduğu illərdə müntəzəm olaraq gündəmə gələn Ermənistanla sərhədlərin açılması təşəbbüsü, eləcə də bədnam Sürix protokolu deyilənlərin sübutudur".
Süleyman