Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Bakının şərtlərini qəbul etdi?

Putin Bakının şərtlərini qəbul etdi?


"MDB dövlət başçılarının Düşənbədə keçirilən sammiti fonunda prezident İlham Əliyev və V.Putin arasında ikitərəfli görüş keçirildi. Rusiyanın AZAL təyyarəsini vurmasından sonra, ikitərəfli siyasi əlaqələrdə dərin böhran yaranmışdı".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, Rusiya məsuliyyəti üzərindən atmaqla, Azərbaycana müxtəlif istiqamətlərdə təzyiq etməyə başladı:

"Amma, Azərbaycan prezidentinin prinsipial mövqeyi və Rusiyanın təzyiq və şantajlarina asimmetrik cavabları Moskvada gözlənilmirdi. Demək olar ki, Rusiya Ukrayna müharibəsində strateji cəhətdən məğlub olur. Qərblə münasibətlər kəskinləşib. Cənubi Qafqazda geosiyasi mövqeyi tükənib".

Politoloq qeyd edib ki, Rusiya prezidenti Azərbaycanla apardığı qeyri -konustruktiv siyasəti düzəltməyə başlayıb:

"Məhz bu görüş Kremlin istəyi ilə baş tutdu. Görüşdən əvvəl Rusiya tərəfi Azərbaycanın şərtlərini qəbul edəcəyini mesajını vermişdi. Ona görə də belə bir ikitərəfli görüş baş tutdu.

Rusiya prezidenti baş verən faciənin məsuliyyətini Ukrayna dronlarinın üzərinə atdı. Amma, reallıqlar Azərbaycana bəllidir. Buna baxmayaraq, V. Putin üzr istədi və kompensasiya ödəyəcəyini, məsul olanları cəzalandırılacağını vurğuladı.

Qeyd edim ki, AZAL təyyarəsi vurulduqdan sonra, təyyarənin vurulmasına əmr edənin hərbi rütbəsi artırılmışdi və yeni vəzifəyə təyin olunmuşdu. Bu, bir növ Azərbaycana qarşı demarş idi. Artıq, Rusiya tərəfi geri çəkildi. Rusiyanın bütün təxribatları öz əleyhinə işlədi".

Politoloq qeyd edib ki, hazırda "Top" Rusiya tərəfdədir:

"Azərbaycanlılar yenidən Rusiyada təqib olunarsa, AZAL-la bağlı V. Putin sözünün üstündə durmasa, münasibətlər normallaşmayacaq. Təbii ki, Azərbaycan-Rusiya əlaqələri əvvəlki kimi olmayacaq. Bunu V. Putin də bilir. Çünki, geosiyasi şərtlər dəyişib. Gedən geosiyasi proseslərə baxmayaraq Rusiya -Azərbaycan əlaqələri öz mövcudluğunu saxlayacaq".

Süleyman
Xəbəri paylaş